Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycanın qurucu memarı“ başlığı  altında sərgi keçirilib

14.06.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə  şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 saylı kitabxana filialı 14.06.2023–cü ildə kitabxananın fəal oxucuları və müxtəlif oxucu qrupları ilə birlikdə 15 İyun Milli Qurtuluş günü münasibəti  ilə “Azərbaycanın qurucu memarı“ başlığı  altında  sərgi keçirib. Tədbiri  5 saylı kitabxana filialının böyük kitabxanaçısı  Elnarə Rəcəbova açaraq qeyd etdi ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan  günlərdən biri də 15  İyun- Milli  Qurtuluş günüdür. Bu gün tariximizə qızıl hərflərlə yazılmışdır. İyunun  15-i xalqımız üçün əsl  qurtuluş tarixidir. Bu tarixi yaradan isə  Azərbaycanının  müstəqilliyinin qorunub saxlanmasında,  inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.      

13 saylı məktəbin şagirdi Hüseynova Şəbnəm “Azərbaycanın xilaskarı” başlığı  altında çıxış etdi. O, bu günümüzün yaranma tarıxi və əhəmiyyətindən geniş söz açdı.  Tədbirdə  İsmayılov  Mahir qeyd etdi ki, Azərbaycan xalqı iqtisadı böhrandan zəngin  idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi  Heydər Əliyevin müdrik uzaqgörən siyasəti nəticəsində xilas olub. O, əsası Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətinin tərəqqisi və qüdrətlənməsi, ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutması istiqamətində əzmlə çalışan Prezident İlham Əliyevin rəhbərliyi  altında xalqımızın sabaha böyük inamla irəlilədiyini söylədi. Kitabxanamızda Milli Qurtuluş günü ilə əlaqədar  sərgi  təşkil edilmişdir. Tədbirin sonunda iştirakçılar “Azərbaycanın qurucu  memarı”  başlığı altında sərgi ilə tanış oldular.

 

1.9 MB